• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə sualtı qayıqları məhv edən dron hazırlanacaq

GÜNDƏM

20 Avqust 2021 | 23:02 | Müəllif: Subhan Mahmudov

Türkiyədə sualtı qayıqları məhv edən dron hazırlanacaq

Türkiyə müdafiə sənayesinin ilk avtomatik dəniz qayığı olan “Ulaq” seriyasının istehsalçısı olan “Ares” tərsanəsi daha bir yeniliyə imza atmağa hazırlaşır.

Bu barədə şirkətin baş derektoru Utku Alanç İstanbulda keçirilən IDEF-21 Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində “Anadolu” agentliyinə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, artıq “Ares”də robot sualtı müdafiə qayığının istehsalı üzrə hazırlıq işləri tamamlanıb.

Şirkət rəhbəri dron-gəminin istehsalında istifadə olunan detalların və proqram təminatının 90% yerli məhsul olduğunu qeyd edib. O, sözügedən hərbi vasitənin, xüsusən sabotaj məqsədilə limanlara daxil olan dalğıclara qarşı tətbiq edilə biləcəyini də vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026