• Bakı 9° C

    5.73 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Koronavirusa bənzəyən 3 virus AŞKAR EDİLDİ

GÜNDƏM

19 Sentyabr 2021 | 20:34 | Müəllif: Subhan Mahmudov

Koronavirusa bənzəyən 3 virus AŞKAR EDİLDİ

Parisin Paster Universiteti və Laos Milli Universitetinin tədqiqatçıları SARS-CoV-2 koronavirusunun təbii mənşəyinə dair yeni sübutlar açıqlayıblar.

Bakıvaxtı.az RİA Novosti"yə istinadən xəbər verir ki, alimlər bir neçə ay ərzində Cənub-Şərqi Asiyada 46 növ yarasa üzərində müşahidələr aparıblar. Nəticədə Laosun mağaralarında yaşayan heyvanlarda koronavirusun Uhan tipinə bənzər üç virus aşkar edilib.

Mütəxəssislərin fikrinə görə, "BANAL-52", "BANAL-103" və "BANAL-236" virusları bu gün elmə məlum olan SARS-CoV-2-nin mənşəyi sayılır.

Lakin SARS-CoV-2-dən fərqli olaraq müəyyən edilmiş patogenlərin heç birində bədənə asanlıqla daxil olan infeksiyalar qeydə alınmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR