• Bakı 9° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyədə terror təşkilatlarının fəallaşması nəylə bağlıdır?

DÜNYA

11 Yanvar 2024 | 16:06 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyədə terror təşkilatlarının fəallaşması nəylə bağlıdır?

Son zamanlar Türkiyəyə qarşı casusluq halları çoxalıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Milli Kəşfiyyat Təşkilatının qurulmasının 97-ci ildönümü münasibəti ilə keçirilən mərasimdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, ölkənin Milli Kəşfiyyat Təşkilatı son olaraq İsrailin bənzər cəhdlərinin qarşısını alaraq, peşəkarlığını sübut edib.

Xatırladaq ki, Türkiyədə sinaqoqlara, kilsələrə, həmçinin bəzi səfirliklərə hücumlar hazırlayan İŞİD terror qruplaşmasının üzvləri həbs ediliblər. Ümumilikdə hüquq-mühafizə orqanları 32 nəfəri saxlayıb, ifadələri alındıqdan sonra onlardan 25-i həbs edilib. Dindirilmələr zamanı saxlanılanlar terror aktlarının hazırlanmasının təfərrüatı, liderlərinin adlarını, Türkiyə və Suriyada əlaqələrini açıqlayıblar. Bundan əlavə, polis həbslərin və bu şəxslərin hücum etmək niyyətində olduqları ərazilərdə necə araşdırma apardıqlarının görüntülərini paylaşıb.

Politoloq Əhəd Məmmədli Bakıvaxtı.az-a bildirib ki, terror qruplaşmaları əsasən Qərb ölkələrinin və Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olur.

Ekspert vurğulayıb ki, kənar dairələr vəziyyət gərginləşən kimi terrorçular vasitəsi ilə "bulanıq suda balıq tutmaq" həvəsinə düşürlər. Onun sözlərinə görə, zaman-zaman terror təşkilatlarını meydana çıxaran, ortaya atanlar həmin dairələrdir.

Müsahibimiz qeyd edib ki, İŞİD-ə sarsıdıcı zərbələr vuran, təşkilata qarşı ilk və son quru əməliyyatı keçirən ölkə Türkiyə olub. ABŞ, Rusiya isə havadan ara-sıra zərbə endiriblər: “Ancaq ən riskli əməliyyatlar quru əməliyyatıdır. Türkiyənin ağır zərbələrindən sonra İŞİD tam zəiflədi və sıradan çıxdı. Terrorçu təşkilatların yenidən fəallaşması, terror aktlarının hazırlanması Türkiyəni atdığı addımlarla, tutduğu mövqe ilə bağlıdır. Türkiyə Qəzza işğalına və qətliamlara görə, İsrailə sərt şəkildə xəbərdarlıq edir. Ölkədə İsrail əleyhinə etiraz aksiyaları keçirilir. Məlum dairələr sinaqoqlara, kilsələrə terror təşkil etməklə müsəlmanları qaralamağa, zərbə altında qoymağa çalışırlar. Türkiyə kəşfiyyatının terrorçu qruplaşmaları zamanında zərərsizləşdirməsi, onların planlarını ifşa etməsi təqdirəlayiqdir".

Ə.Məmmədli qeyd edib ki, yəhudilər hansısa müsəlman ölkəsində, ələlxüsus Türkiyə və Azərbaycanda heç vaxt problemlə üzləşməyiblər, təzyiq və təhlükə altında olmayıblar: "Buna rəğmən, İsrail illərdir Fələstində müsəlmanları qətl edir. Fələstində 20 mindən çox insanın öldürüldüyü deyilir. Göz görə-görə, bir toplumun açıq-aşkar qətliama məruz qalması utancvericidir. Qəzza zolağında yaşayan insanların 80 faizi öz yurdunu tərk etmək məcburiyyətində qalıb. Qərb isə hərtərəfli dəstək verir və hamı susur. Ən ciddi formada buna qarşı çıxan Türkiyədir. Ona görə də Türkiyəyə düşmənçilik edirlər, çünki onlara görə, Avropaya ən böyük "problemi" yaradan məhz Türkiyədir. Qardaş Türkiyə dövləti kifayət qədər güclüdür və bütün təzyiqlərin, təhdidlərin qarşısını almaq qüdrətindədir".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026