• Bakı 13° C

    1.45 m/s

NATO Rusiya ilə qarşıdurmaya HAZIRLAŞIR

DÜNYA

10 Fevral 2024 | 13:52

NATO Rusiya ilə qarşıdurmaya HAZIRLAŞIR

NATO Rusiya ilə uzunmüddətli qarşıdurmaya hazırlaşmalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib .

Məlumata görə, NATO Rusiya ilə tamhüquqlu müharibəyə can atmadığını, lakin onilliklər davam edə biləcək qarşıdurmaya hazırlaşmalı olduğunu vurğulayıb.

NATO-nun baş katibi Rusiya ilə uzunmüddətli qarşıdurmaya yüksək keyfiyyətli hazırlıq çərçivəsində Avropanın müdafiə müəssisələri üçün sifarişlərin həcmini artırmağın,eyni zamanda, mövcud razılaşmaların həyata keçirilməsinin sürətləndirilmiş templə aparılmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, Şimali Atlantika Alyansı Rusiya ilə ortamüddətli perspektivdə tamhüquqlu müharibənin mümkünlüyünü də istisna etmir. Xüsusilə, bundan əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen demişdi ki, Moskva ilə açıq qarşıdurma yaxın 3-5 il ərzində başlaya bilər.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Oktyabr 2026