Ukrayna hakimiyyəti ABŞ və Avropa İttifaqı ilə hava hərəkətini bərpa etmək üçün danışıqlar aparır.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ölkənin infrastruktur naziri Aleksandr Kubrakov açıqlama yayıb.
Nazirin sözlərinə görə, Kiyev döyüş əməliyyatları şəraitində uçuşların necə təşkil olunacağını öyrənmək üçün İsraillə də məsləhətləşmələr aparır .
O qeyd edib ki, Avropada bəzi aviaşirkətlər artıq Ukrayna ilə işi bərpa etməyə razılaşıblar, lakin onların adlarını çəkməyiblər.
Bundan əlavə, Kubrakov bildirib ki, Kiyev hazırda milli aviaşirkətin açılması imkanını nəzərdən keçirir.
Qeyd edək ki, 2023-cü ilin iyulunda Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat silahlı münaqişə bitənə qədər mülki uçuşların bərpa olunmayacağını bildirmişdi.
Mina Mikayılova
















