• Bakı 18° C

    4.37 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Kremldən Ukraynanın "Oskar" almasına münasibət 

DÜNYA

11 Mart 2024 | 13:29

Kremldən Ukraynanın "Oskar" almasına münasibət

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Ən yaxşı sənədli film” nominasiyasında Ukraynaya "Oskar" mükafatının təqdim edilməsinə münasibət bildirib. 

Bakıvaxtı.az xəbər verir ki, Kreml nümayəndəsi brifinq zamanı jurnalistlərin sualını cavablandırıb. 

 “Düşünmürəm ki, bu, bizim səlahiyyətimiz olan məsələlərə aid deyil. Bizim burada şərh verəcəyimiz heç nə yoxdur”, - deyə Peskov vurğulayıb.

Qeyd edək ki, ötən gecə baş tutan 96-cı Oskar Mükafatlarında ukraynalı rejissor Mstislav Çernovun ərsəyə gətirdiyi “Mariupolda 20 gün” sənədli filmi “Ən yaxşı bədii sənədli film” nominasiyasında Oskar mükafatına layiq görülüb.

Günəş Mərd


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Oktyabr 2026