• Bakı 20° C

    4 m/s

Türkiyədən 10 min nüsxə kitab gətirildi-FOTOLAR

MƏDƏNİYYƏT

16 Iyul 2021 | 21:35

Türkiyədən 10 min nüsxə kitab gətirildi-FOTOLAR

Azərbaycan Milli Kitabxanasında Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Birliyi (ILESAM) tərəfindən toplanmış türk dilindəki 10 min nüsxə kitabın Milli Kitabxanaya təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

Bakıvaxtı.az xəbər ki, tədbir Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində baş tutub.

Mədəniyyət naziri Anar Kərimov bildirib ki, Qarabağda kitabxanalar da məhv edilib: “Hər zaman olduğu kimi, qardaş Türkiyə Qarabağımızın dirçəldilməsində, şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsi prosesində də Azərbaycana böyük dəstək göstərir. Qarabağda təkcə mədəni abidələrimiz deyil, həm də kitabxanalarımız məhv edilib. Həmin kitabxanaları yenidən bərpa etmək məqsədilə biz bu layihəni həyata keçiririk”.

Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Türkiyənin Azərbaycana hər sahədə dəstək verdiyini bildirib: “Bir vaxtlar türk sözünü demək, Türkiyə dövlətinin adını çəkmək qadağan idi. Bir vaxtlar biz Türkiyədə çap edilən bir kitaba həsrət idik. İndi isə Türkiyədən Azərbaycana 10 min kitab gəlib. Vətən müharibəsində Türkiyə bizə dəstək oldu. Qardaş ölkə bizi tək qoymadı. İndi də Azərbaycana dəstək davam edir”. 

Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı bildirib ki, Türkiyə ilə əlaqələrin dərinləşməsi üçün çalışır: “Qarabağın yenidənqurma  və inkişafı ilə bağlı işləri birlikdə görmək istəyirik. Biz bir ananın iki övladıyıq”. 

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli bildirib ki, 44 günlük Vətən Müharibəsindən sonra Qarabağda kitabxanaların yenidən qurulması ilə bağlı Mədəniyyət Nazirliyi “Qarabağa kitabla gedək” devizi ilə yeni kampaniyaya start verib: “Bu kampaniya davam edəcək. Hər kəsi bu kampaniyaya qoşulmağa dəvət edirik”. 

Sonda tədbir iştirakçıları işğaldan azad olunmuş ərazilərdə fəaliyyəti bərpa olunacaq kitabxanalar üçün Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış olublar.

Ramid İbrahimov


Türkiyədən 10 min nüsxə kitab gətirildi-FOTOLARTürkiyədən 10 min nüsxə kitab gətirildi-FOTOLARTürkiyədən 10 min nüsxə kitab gətirildi-FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026