• Bakı 7° C

    1.09 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ağadadaş Ağayev müayinə üçün yenidən Türkiyəyə gedəcək

MƏDƏNİYYƏT

12 Avqust 2021 | 18:45 | Müəllif: Subhan Mahmudov

Ağadadaş Ağayev müayinə üçün yenidən Türkiyəyə gedəcək

Xalq artisti Ağadadaş Ağayevin səhhəti yaxşılaşıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli.Az-a müğənninin oğlu Səbuhi Ağayev məlumat verib.

O, atasının hazırda toy məclislərində də iştirak etdiyini bildirib: “Həkimlər deyir ki, onun səhhəti yaxşılığa doğru gedir. Elə özümüz də bunu müşahidə edirik. Atam xəstəliyin ilk vaxtlarından üç aydan bir müayinə üçün Türkiyəyə gedirdi. Avqustun 20-dən sonra yenidən İstanbula gedəcək. Bu müayinədə xəstəliyin müalicəsində irəliləyişlə bağlı diaqnoz qoyulacaq”.

Qeyd edək ki, Xalq artisti uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR