• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyənin 3 rayonunda meşə yanğınları başlayıb - FOTO

DÜNYA

17 Iyul 2022 | 18:43

Türkiyənin 3 rayonunda meşə yanğınları başlayıb - FOTO

Türkiyədə yenidən meşə yanğınları başlayıb.

Bakıvaxtı.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla saat 15.00 radələrində Balıkəsrin Kepsut rayonunun Karagöz məhəlləsi ətrafında başlayan yanğın küləyin də təsiri ilə yayılıb.

Balıkəsir valiliyinin yaydığı məlumatda bildirilib ki, yanğının söndürülməsinə 6 helikopter, 5 təyyarə, 9 maşın cəlb edilib. Yanğın yaşayış məntəqələrinə təhlükə yaratmır.

Bu gün saat 15.30 radələrində Çanaqqalanın Eceabat rayonunda Anzak kəndi yaxınlığında bir yük maşınında çıxan yanğın meşəyə də sıçrayıb. Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilələr davam edir. Yanğının söndürülməsinə 2 helikopter və çoxlu sayda yanğınsöndürən maşınlar cəlb olunub. Güclü külək yanğının söndürülməsinə çətinlik yaradır.

İzmirin Sarnıç rayonunda da meşədə yanğın başlayıb. Yanğının söndürülməsinə 2 təyyarə, 3 helikopter və 17 yanğınsöndürmə maşını cəlb olunub.


Türkiyənin 3 rayonunda meşə yanğınları başlayıb - FOTOTürkiyənin 3 rayonunda meşə yanğınları başlayıb - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026