• Bakı 10° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Türkiyənin daha bir klubuna transfer qadağası qoyuldu

İDMAN

19 Oktyabr 2022 | 16:23

Türkiyənin daha bir klubuna transfer qadağası qoyuldu

FIFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub.

Bakıvaxtı.az xəbər verir ki, “Bursaspor” və “Hatayspor”dan sonra bu dəfə Super Liqa təmsilçisi “Giresunspor” sanksiya ilə üzləşib.

Tibbi müayinəsi zamanı xərçəng xəstəliyi aşkarlanan sabiq futbolçu Jan-Pyerr Korreonun şikayətinə baxan ali futbol qurumu giresunluların iki transfer dönəmində heyətinə oyunçu qatmasına qadağa qoyub. Bundan başqa, qardaş ölkə təmsilçisi 765 min avroluq cəriməyə də məruz qalıb.

Qeyd edək ki, “Giresunspor” ötən mövsümün qış fasiləsində Jan-Pyerr Korreonun icarəyə götürülməsində hərtərəfli anlaşma əldə etdikdən sonra tibbi müayinə zamanı oyunçuda xərçəng xəstəliyi aşkarlandığı üçün keçid baş tutmayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026