• Bakı 9° C

    1.53 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Qalatasaray"ın hücumçusu boşandı - FOTO

İDMAN

17 Noyabr 2022 | 09:36 | Müəllif: Qalib İbrahimoğlu

"Qalatasaray"ın hücumçusu boşandı - FOTO

"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi boşanıb.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun Vanda Nara ilə 6 il davam edən evliliyi başa çatıb.

Məlumata görə, tərəflər hər ikisi boşanma barədə sənədə imza atıblar.

Bununla bağlı "Vanity Fair" jurnalına danışan Vanda Nara deyib ki, Mauro əvvəlcə bunu etmək istəməyib: "Amma aramızda olan münasibət əvvəlki kimi deyildi, evdə işlər yaxşı getmirdi və mən də buna son qoymaq istədim. Sonda sənədləri imzaladıq və ayrıldıq. Bunu etmək mənim üçün də çox çətin oldu. Mən onu hələ də sevirəm”.

"Boşanmanızı övladlarınıza necə izah etdiyiniz" sualına Nara, "Mən onlara söz vermişdim ki, heç nə dəyişməyəcək. Ataları ilə yaxın bir mənzildə qaldım və hələ də uşaqları sanki bir ailəyik kimi idarə edirik" cavabını verib.

Vanda Naranın bu yaxınlarda klip çəkdirdiyi argentinalı reper L-Qante ilə görüşdüyü iddia edilir.

Aytac Aslan


"Qalatasaray"ın hücumçusu boşandı - FOTO"Qalatasaray"ın hücumçusu boşandı - FOTO"Qalatasaray"ın hücumçusu boşandı - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026