• Bakı 18° C

    4.03 m/s

Riçarlisonun tatusu Neymarı qəzəbləndirdi

İDMAN

17 Dekabr 2022 | 00:40 | Müəllif: Subhan Mahmudov

Riçarlisonun tatusu Neymarı qəzəbləndirdi

Riçarlisonun kürəyinə döydürmək istədiyi tatu qalmaqala səbəb olub. "Tottenhem"in oyunçusunun seçimi Neymarı qəzəbləndirib.

Bakıvaxtı.az "qafqazinfo"ya istinadən xəbər verir ki, Braziliya millisinin üzvü komandanın Dünya Çempionatında mübarizəni dayandırmasının ardından kürəyinə tatu döydürmək istəyir, ilkin variantın fotosunu paylaşıb. Orada futbolçu Braziliya bayrağı ilə yanaşı, özünü, Ronaldo Nazarionu və Neymarı təsvir etdirib. Mundialda vurduğu 3 qolun şərəfinə o, buna ehtiyac duyub.

Riçarlison hələ bitməmiş sənət əsərinin fotosunu paylaşıb və ilk olaraq Neymarın etirazı ilə üzləşib. Kapitan öncə yerli federasiyadan komanda yoldaşının cəzalandırılmasını istəyib, daha sonra futbolçuya 30 min avro göndərərək üzünün tatudan çıxarılmasını tələb edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Oktyabr 2026