• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Türkiyənin vitse-prezidenti: "Netanyahu insanlıq qarşısında cavab verəcək"

SİYASƏT

07 May 2024 | 14:39

Türkiyənin vitse-prezidenti: Netanyahu insanlıq qarşısında cavab verəcək

 "Beynəlxalq hüququ tapdalayan İsrail rəhbərliyinə qarşı əlimizdən gələni edəcəyik".

Bakıvaxtı.az "Sabah"a istinadən xəbər verir ki, bu sözləri İsrailin Qəzzanın Rəfah bölgəsinə qurudan hücumunu tənqid edən Türkiyənin vitse-prezident Cevdet Yılmaz deyib.

Onun sözlərinə görə, bəşəriyyətə qarşı bu cür cinayətləri törədən İsrailin baş naziri Netanyahu və onun tərəfdaşları gec-tez insanlıq qarşısında cavab vermək məcburiyyətində qalacaqlar.

"İsrail heç bir qayda tanımır. Lakin törətdiyi bütün cinayətlərə görə mühakimə olunmalı və layiqlini cəzasını almalıdır". - deyə C. Yılmaz bildirib.

Qeyd edək ki, İsrail hərbçiləri Qəzza zolağının cənubundakı Rəfahın şərq hissəsində antiterror əməliyyatına başlayıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 May 2024