• Bakı 23° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.6368

    RUB - 0.0296

Türkiyəyə gələn Bill Qeytslə bağlı şok iddia - “Gecələr yaxtasında gizlicə...”

DÜNYA

14 Avqust 2022 | 13:38

Türkiyəyə gələn Bill Qeytslə bağlı şok iddia - “Gecələr yaxtasında gizlicə...”

Dünyanın ən böyük iş adamlarından biri Bill Qeytsə məxsus "Lana" adlı yaxta və logistik dəstək gəmisi Türkiyənin Muğla vilayətinin Marmaris şəhərinə gəlib.

Bakıvaxtı.az Teleqraf.com-a istinadən xəbər verir ki, "Microsoft" texnologiya şirkətinin təsisçisi Qeytsin lüks yaxtası Emel Sayın körfəzində lövbər salıb.

Türkiyəyə gəlişi müzakirələrə səbəb olan Bill Qeytslə bağlı jurnalist Murad Akandan ilginc iddia gəlib.

Akan amerikalı milyarderin Türkiyə ilə bağlı bəzi planlarının olduğunu deyib:

"Türkiyədə Bill Qeytsə işləyənlər var. Qeyts kimi adamlar özlərinə yaxın gördükləri insanlarla işləyirlər. Məsələn, Bill Qeyts bir türk iş adamının evində səhər yeməyi yeyib. Bu şəxsin adını çəkə bilmirəm. Bill Qeytsin yenidən Türkiyəyə gəlməsi üçün səbəbi var, onun rəsmi şəxslərlə görüşmək istədiyi iddia edilir. Amma rəsmilər bu şəxslə görüşmək istəmirlər. Çünki Bill Qeytsə böyük təpki var.

Məsələn, Qeyts getdiyi ölkələrdə nə edir? Əvvəlcə yaxtasını göndərir, sonra özü təyyarə ilə ölkəyə gəlir. Bill Qeyts görüşlərini yaxtasında keçirir və bunu gecələr edir. Bu görüşlərini gizli saxlamaq üçün belə yola əl atır. Marmarisdə lövbər saldığı üçün ağlıma yanğınlar gəlir. Ona görə də hər dəfə o gələndə Türkiyədə bir şey olur. Bu təsadüfi deyil. Qeyts Türkiyədən torpaq almaq istəyir. Fikrimcə, o, bunlardan da kənar fəaliyyətlər aparır. Gecələr bu barədə kiminləsə danışır".


SON XƏBƏRLƏR

26 Sentyabr 2022