• Bakı C

    4.44 m/s

  • USD - 1.7

    EUR - 1.7488

    RUB - 1.6559

Türkmənistandan Azərbaycana gətirilən pomidorda virus aşkarlandı - AQTA

CƏMİYYƏT

16 Yanvar 2025 | 12:52

Türkmənistandan Azərbaycana gətirilən pomidorda virus aşkarlandı - AQTA

Azərbaycana idxal olunan qida məhsullarına nəzarət tədbirləri zamanı pomidor məhsulunda virus aşkarlanıb.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, “Dəmir Yumruq-A” MMC-nin Türkmənistandan idxal etdiyi 9000 kq pomidor məhsulu partiyasından nümunələr götürülüb. Laborator müayinə nəticəsində həmin məhsul partiyasında “Pomidor meyvələrinin qonur qırışıqlıq virusu” aşkarlanıb.

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsul partiyası məhv edilib.

"Yoxlama zamanı aşkarlanan bu virus yalnız bitki örtüyünə ziyan vurmaqla iqtisadi zərərə səbəb ola bilər", - agentlik bildirib.


SON XƏBƏRLƏR