• Bakı 21° C

    2.49 m/s

  • USD - 1.7

    EUR - 1.8442

    RUB - 0.019

Üçtərəfli sazişlər aktuallığını itirməyib - Rusiya XİN

SİYASƏT

25 Aprel 2024 | 15:27

Üçtərəfli sazişlər aktuallığını itirməyib - Rusiya XİN

Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli sazişlər aktuallığını saxlamaqda davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib.

Jurnalistin Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasından sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın qüvvədən düşüb-düşmədiyi barədə  sualına cavab olaraq Zaxarova belə cavab verib:

“Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlər qüvvədə qalır və tərəflərdən heç biri rəsmi olaraq onlardan imtina etməyib”.

Aprelin 17-də Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Rusiya rəhbərliyi Rusiya sülhməramlı kontingentinin Qarabağdan tezliklə çıxarılması barədə qərar qəbul edib. O qeyd edib ki, iki ölkənin Müdafiə nazirlikləri bu qərarın icrası üçün müvafiq tədbirlər həyata keçirir.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı bəyanata əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağa yerləşdirilib. Onun tərkibinə 1960 atıcı silahı olan əsgər, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika daxil idi.


SON XƏBƏRLƏR