• Bakı 25° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi

İDMAN

12 Dekabr 2024 | 11:15

UEFA Ermənistan Futbol Federasiyasını cərimələdi

UEFA Ermənistan Futbol Federasiyasını cərimələyib.

Bakıvaxtı.az xəbər verir ki, buna UEFA Millətlər Liqasının noyabrın 14-də İrəvan şəhərində keçirilmiş Ermənistan - Farer adaları matçında yaşananlar səbəb olub.

Qurum sözügedən qarşılaşmada idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi (bannerlər) və pirotexniki vasitədən istifadəyə görə ziyana düşüb.

Meydan sahibləri azarkeşlərin görüşdə atəşfəşanlıq etməsinə görə 20000 avro ödəməli olacaq.

Ermənistan Futbol Federasiyası "idman tədbirinə yararsız mesaj göndərilməsi" ucbatından isə 17500 avro cərimələnib.

Qeyd edək ki, oyun Farer adaları yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025