• Bakı 14° C

    1.33 m/s

Ukrayna ağ bayraq qaldırmayacaq - Kuleba

DÜNYA

10 Mart 2024 | 21:50 | Müəllif: Subhan Mahmudov

Ukrayna ağ bayraq qaldırmayacaq - Kuleba

Ukraynanın öz bayrağı var və başqa bayraq qaldırmayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

“Aö bayraqla bağlı biz Vatikanın 20-ci əsrin birinci yarısından strategiyasını bilirik. Mən sizi keçmişin səhvlərini təkrarlamamağa, Ukraynanı və xalqını həyatları uğrunda ədalətli mübarizəsində dəstəkləməyə çağırıram. Bayrağımız sarı və mavidir”, - Kuleba "X" hesabında yazıb.

Qeyd edək ki, Roma Papası Fransisk deyib ki, Ukrayna “ağ bayraq qaldırmağa cəsarət göstərməli” və Rusiya ilə danışıqlara başlamalıdır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR