• Bakı 25° C

    4.02 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Ukrayna müharibəsinin tezliklə bitməsi üçün səylər göstəriləcək - Tramp

DÜNYA

06 Avqust 2025 | 21:53 | Müəllif: Subhan Mahmudov

Ukrayna müharibəsinin tezliklə bitməsi üçün səylər göstəriləcək - Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, yaxın günlər və həftələr ərzində Ukraynadakı müharibənin başa çatdırılması üçün fəal səylər göstəriləcək.

Bakıvaxtı.az xəbər verir ki,  Tramp bu barədə sosial şəbəkədə yazıb.

“Stiven Uitkoff bu gün Moskvada Rusiya prezidenti Vladimir Putinlə çox məhsuldar görüş keçirib. Görüşdə mühüm irəliləyiş əldə olundu. Daha sonra bəzi Avropa müttəfiqlərimizlə bu barədə danışdım. Hər kəs razıdır ki, bu müharibə sona çatmalıdır”, – deyə Tramp vurğulayıb.

Qeyd edək ki, Rusiya lideri Vladimir Putin və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında keçirilən görüş təxminən üç saat davam edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026
05 Sentyabr 2026