• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Ukrayna ordusu bu istiqamətdə uğur QAZANDI

DÜNYA

17 May 2022 | 13:24 | Müəllif: Subhan Mahmudov

Ukrayna ordusu bu istiqamətdə uğur QAZANDI

Bu gün əsas istiqamətlərdə vəziyyət nəzarət altındadır, lakin rus qoşunları hələ də Putinin siyasi tapşırığını yerinə yetirməyə, Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmağa çalışırlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hərbi ekspert Oleq Jdanov deyib.

“Əsas istiqamətlərdə vəziyyət nəzarətdədir. Donetsk və Luqansk istisna olmaqla, Krivoy Roq, Zaporojye, Cənubi Buqdurda vəziyyət stabildir. Donetsk və Luqanskda Rusiya hücum əməliyyatlarını davam etdirir, Putinin siyasi tapşırığını yerinə yetirməyə çalışırlar”, - Jdanov bildirib.

O qeyd edib ki, rus qoşunlarının Xarkovdan geri çəkilməsi Ukrayna Silahlı Qüvvələrinin ayrıca istiqamətdə əks-hücumunun nəticəsidir:

“Biz düşmənin zəifliyindən istifadə edərək ərazimizi qismən azad etdik və az qala Ukraynanın dövlət sərhədinə çatdıq. Onları darmadağın etdik, rusların bir qismi Luqansk istiqamətinə köçürüldülər. Xarkov istiqamətindəki rusların batalyon-taktiki qrupları isə qismən döyüş qabiliyyətini bərpa ediblər”.(axar.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026