ABŞ-ın rəhbərliyi altında “İslam Dövləti” terror təşkilatına qarşı beynəlxalq koalisiya Suriyada keçirdiyi əməliyyat zamanı qruplaşmanın yüksək rütbəli liderini saxlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Reuters” koalisiyanın bəyanatına istinadən məlumat yayıb.
Eyni zamanda xüsusi əməliyyatın təfərrüatı və detalları barədə məlumat verilmir və saxlanılan şəxsin kimliyi açıqlanmır.
















