• Bakı 14° C

    2.07 m/s

  • USD - 1.7

    EUR - 1.9023

    RUB - 2.0943

Fransisko Morales Bermudes vəfat edib

DÜNYA

15 Iyul 2022 | 23:10 | Müəllif: Subhan Mahmudov

Fransisko Morales Bermudes vəfat edib

Perunun keçmiş prezidenti, 1975-1980-ci illərdə ölkəyə rəhbərlik etmiş Fransisko Morales Bermudes Limada 101 yaşında vəfat edib.

Bakıvaxtı.az "report"a istinadən bildirir ki, bu barədə onun ailəsi məlumat yayıb.

Sabiq dövlət başçısının oğlu Remixio Morales RPP radiostansiyasına açıqlamasında bildirib ki, atasının sağlamlıq vəziyyəti pis olub.

Hərbi diktatura illərində baş qərargah rəisi və iqtisadiyyat naziri olmuş Morales 1975-ci ildə hakimiyyəti əlinə alıb. O, 1980-ci ilə qədər, prezident və konqres demokratik yolla seçilənə qədər orduya və nazirlər şurasına rəhbərlik edib.

Morales İtaliyada ABŞ-ın dəstəklədiyi siyasi repressiya və dövlət terroru kampaniyası olan "Kondor Əməliyyatı"nda iştirakına görə qiyabi məhkum edilib.

2019-cu ildə Perunun keçmiş prezidenti Romada ömürlük həbs cəzasına məhkum edilib, lakin o, ekstradisiya olunmayıb, vətənində sərbəst yaşayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

04 Noyabr 2026