• Bakı 16° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

İrəvan metrosuna bomba qoyulması xəbəri yalan olub

DÜNYA

14 Avqust 2022 | 23:10

İrəvan metrosuna bomba qoyulması xəbəri yalan olub

İrəvan metrosunun bütün stansiyalarına bomba qoyulduğu iddia edilən xəbərin yalan olduğu üzə çıxıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İrəvan Metropoliteninin mətbuat xidmətindən bildirilib.

"Axtarışlar nəticəsində partlayıcı qurğular aşkar edilməyib. Saat 21:30-da metroda iş bərpa olunub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu gün saat 16:46-da Ermənistan Fövqəladə Hallar Nazirliyinə İrəvan metrosunda bütün stansiyalara bomba qoyulması barədə xəbər yayılmışdı.


SON XƏBƏRLƏR

25 Aprel 2024