• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bir salxım üzümə 10,7 min dollar verdi

DÜNYA

16 Iyul 2022 | 02:34 | Müəllif: Qalib İbrahimoğlu

Bir salxım üzümə 10,7 min dollar verdi

Cümə günü İsikava prefekturasında keçirilən hərracın iştirakçısı nadir “Roma yaqutu” növündən olan üzümün bir salxımına 1,5 milyon yen (10,7 min dollar) ödəyib.

Bakıvaxtı.az xəbər verir ki, NHK telekanalının yaydığı məlumata görə, bahalı üzümü yerli otellər şəbəkəsinin nümayəndəsi alıb. Cəmi 27 üzüm dənəsindən ibarət salxım otelin qonaqları üçün xüsusi bir ziyafət olacaq.

“Roma yaqutu” yapon seleksiyaçılar tərəfindən 2008-ci ildə yetişdirilib. Standartlara uyğun olaraq elit üzüm meyvəsində şəkərin miqdarı 18 faizdən az olmur. Buna görə də “Roma yaqutu” şirniyyat həvəskarları arasında xüsusi populyarlıq qazanıb.

Yaponiyada bir sıra meyvə və giləmeyvə növləri yüksək qiymətləndirilir. Onların qiyməti bir neçə min, hətta bəzən on minlərlə dolları ötə bilir. Məsələn, 2019-cu ildə “yubari” sortundan olan zərif ətirli bir cüt qovun 45 min dollara satılmışdı.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026