• Bakı 26° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9661

    RUB - 2.0105

Çin daha iki peyk buraxdı

DÜNYA

16 Iyul 2022 | 09:58 | Müəllif: Subhan Mahmudov

Çin daha iki peyk buraxdı

Çin "SuperView Neo" peyk qrupunu doldurmaq məqsədilə Yeri məsafədən zondlama üçün iki peykini orbitə çıxarıb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

İyulun 16-da saat 06:57-də "Çançjen-2C" Taiyuan Kosmodromundan orbitə buraxılıb, "SuperView Neo-2-01" və "SuperView Neo-2-02" peyklərini nəzərdə tutulan orbitə uğurla çıxarıb", - xəbərdə deyilir.

Korporasiyanın məlumatına görə, buraxılış geodeziya və kartoqrafiya sahələrində texnologiyalar hazırlayan və tətbiq edən, eyni zamanda peyk məlumatları təqdim edən aparıcı "China Siwei Surveying and Mapping Technology" şirkətinin törəmə şirkəti olan Çin Kosmik Texnologiyalar Akademiyası (CASC) tərəfindən həyata keçirilib.

"SuperView Neo 1-03" və "SuperView Neo 1-04" peykləri Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb. Hər iki peyk Yerin uzaqdan zondlanması üçün istifadə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Sentyabr 2026