"İlk Ukrayna F-16-sı Rusiyanın yalnız öz təcavüzü nəticəsində itirəcəyinə işarə olacaq".
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski hava hücumundan müdafiə sisteminin güclü təyyarələrlə tamamlana biləcəyini ifadə edərək deyib.
Zelenski xalqa müraciətində qeyd edib ki, Ukrayna səmasında nəticələrə çatmaq üçün vaxtı qısaltmağa çalışır: "Əəlimizdən gələni edirik. Aydındır ki, bu qlobal addım bizə müdafiə imkanlarımızı genişləndirməyə imkan verəcək. Çünki hava hücumundan müdafiə sistemi ancaq güclü təyyarələrlə tamamlana bilər".
Zelenski deyib ki, digər tərəfdən, ilk Ukrayna F-16-sı Rusiyanın təkbaşına öz aqressiyasına görə uduzacağına, zəifləyəcəyinə və təcrid olunacağına dair dünyanın ən güclü siqnallarından biri olacaq.
"Bu, Rusiya terrorizminin uduzduğunun, müstəqil xalqlara hörmət və xalqların öz yollarını seçmək hüququ əsasında dünyamızın sağ qaldığının əlaməti olacaq”, - deyə Vladimir Zelenski bəyan edib.
Ay Tac














