İranın “Mes Kerman” futbol klubunun gənclər komandasının qapıçısı Əlirza Şəhriyari Pənah ötən gün güllələnərək öldürülüb.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda İranın Kirman vilayətinin eyniadlı rayonunun polis rəisi mayor Mehdi Puraminayi deyib.
M.Puraminayinin sözlərinə görə, 24 yaşlı qapıçı ailə münaqişəsi zəminində yaxınlarıdnan biri tərəfindən ov tüvəngi ilə güllələnib.
İranlı polis deyib ki, futbolçuya 5 dəfə atəş açılıb. Yaralının xəstəxanaya çatdırılmasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, İranda müxtəlif səbəblərə görə, bir çox cinayət hallarının ailə münaqişə zəminində baş verdiyi irəli sürülür. Buna misal olaraq Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror aktının İran tərəfindən ailə münaqişəsi zəminində baş verməsini iddia etdiyini göstərmək olar.
















