• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Amerikalı polkovnikdən NATO ilə bağlı ŞOK AÇIQLAMA

DÜNYA

23 Iyul 2023 | 23:41 | Müəllif: Subhan Mahmudov

Amerikalı polkovnikdən NATO ilə bağlı ŞOK AÇIQLAMA

Şimali Atlantika Alyansı (NATO) gələn il Ukraynadakı münaqişə səbəbindən dağılmağa başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu amerikalı polkovnik Lourens Uilkerson "Going Underground" nəşrinə müsahibəsində bildirib.

"Bəlkə 12-15 ay sonra NATO-nun dağılmağa başladığını görəcəyik", - deyə Uilkerson deyib.

Onun sözlərinə görə, bu, Ukraynadakı münaqişənin uzanacağı və Vaşinqtonun onun həlli üçün addımlar atmayacağı təqdirdə baş verəcək.

O, həmçinin əmindir ki, NATO-nun dağılması indiki liderləri əvəz edəcək yeni Avropa liderlərinə töhfə verəcək.

Qeyd edək ki, Lourens Uilkerson ABŞ-ın keçmiş dövlət katibi Kolin Pauelin aparat rəhbəri olub./publika.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026