• Bakı 15° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Rus general Sergey Surovikin vəzifəsindən kənarlaşdırıldı

DÜNYA

22 Avqust 2023 | 18:57

Rus general Sergey Surovikin vəzifəsindən kənarlaşdırıldı

General Sergey Surovikin Aerokosmik Qüvvələrin komandanı vəzifəsindən kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Aleksey Venediktov deyib.

O bildirib ki, general “Vaqner” qrupunun qiyam cəhdindən sonra ictimaiyyət qarşısında görünməyib.

Sergey Surovikinin qızı isə atasının həbs edilmədiyini bildirib.

Qeyd edək ki, “Vaqner”in təsisçisi Yevgeni Priqojinin silahlı qiyamından sonra Surovikin ictimaiyyət qarşısına çıxmayıb. Bəzi iddialara əsasən, o, Priqojinlə yaxın əlaqələri səbəbindən vəzifəsindən uzaqlaşdırılıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026