• Bakı 9° C

    10.04 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə Çanaqqala boğazını gəmilərin keçidi üçün bağladı

DÜNYA

22 Avqust 2023 | 21:17

Türkiyə Çanaqqala boğazını gəmilərin keçidi üçün bağladı

Bölgədə davam edən meşə yanğını səbəbiylə Çanaqqala boğazı Marmara dənizi istiqamətində gəmilərin keçidinə bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

"Çanaqqala-Kəpəz bölgəsində baş verən meşə yanğını ilə əlaqədar olaraq Çanaqqala boğazında cənub-şimal istiqamətində gəmilərin hərəkəti müvəqqəti olaraq dayandırılıb. Gəmilərin hərəkəti bir istiqamətdə həyata keçirilir", - nazirliyin açıqlamasında bildirilir.

Beləliklə, gəmilər müvəqqəti olaraq Egeydən Mərmərə dənizinə qədər boğazdan keçə bilməyəcəklər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026