• Bakı 11° C

    5.45 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran mediası antiterror tədbirlərindən yazdı

DÜNYA

21 Sentyabr 2023 | 20:32 | Müəllif: Subhan Mahmudov

İran mediası antiterror tədbirlərindən yazdı

Azərbaycan Ordusunun sentyabrın 19-da həyata keçirdiyi lokal antiterror tədbirlərini uğurla başa çatdırması İran mətbuatında əks olunub.

Bakıvaxtı.az xəbər verir ki, İranın “Ghatreh”, “Fardanews”, “Ecoiran”, İRNA, “Mehr” və digər informasiya agentliklərinin saytlarında verilən materiallarda Azərbaycan Ordusunun 24 saat ərzində Qarabağda lokal antiterror tədbiri keçirdiyi deyilir.

Materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin xalqa müraciətindən sitat gətirilib. Qeyd olunub ki, Azərbaycan öz məqsədinə nail olaraq suverenliyini bərpa etdi. Prezident İlham Əliyev orduya antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması haqqında əmr verib.

Dərc olunan xəbərlərdə nəzərə çatdırılıb ki, Prezident Qarabağın erməni əhalisinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına zəmanət verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026