• Bakı 16° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Əfsanəvi futbolçu vəfat etdi

DÜNYA

21 Oktyabr 2023 | 19:22

Əfsanəvi futbolçu vəfat etdi

“Mançester Yunayted”in əfsanəvi futbolçusu Bobbi Çarlton 86 yaşında vəfat edib.

Bakıvaxtı.az “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə ailəsi məlumat verib.

“Ser Bobbinin şənbə günü səhər erkən saatlarında dinc şəkildə vəfat etdiyi xəbərini böyük kədərlə bölüşürük. O, ailəsinin əhatəsində olub”, - açıqlamada bildirilib.

Qeyd edək ki, İngiltərə millisinin hücumameyilli yarımmüdafiəçisi 1966-cı ildə dünya çempionu olub. Eyni ildə o, "Qızıl top"la mükafatlandırılıb. "Qırmızı şeytanlar"ın heyətində isə futbolçu üçqat İngiltərə çempionu olub, həmçinin 1 dəfə İngiltərə Kuboku, 4 dəfə İngiltərə Superkubokunun sahibi olub. Eyni zamanda, idmançı "Mançester Yunayted"lə Avropa çempionları kubokunun qalibi olub. Çarlton karyerasının, demək olar, 19 ilini Mançester təmsilçisinə həsr edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026