• Bakı 20° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.9949

    RUB - 2.0391

İsrail Livan ərazisindən atəşə tutuldu

DÜNYA

20 Noyabr 2023 | 18:00

İsrail Livan ərazisindən atəşə tutuldu

Livandan İsrail ərazisinə buraxılan 25 mərminin bir hissəsi Hava Hücumundan Müdafiə sistemi tərəfindən zərərsizləşdirilib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.

Bildirilib ki, bir neçə mərmi yaşayış məskəni olmayan əraziyə düşüb. Məlumata görə, Livandan 3 PUA İsrail Müdafiə Ordusunun postlarına zərbə endirib: “Yaralılar barədə məlumat yoxdur”.

Mətbuat xidməti bildirib ki, Müdafiə Ordusu Livan ərazisinə cavab zərbələri endirib.


SON XƏBƏRLƏR

15 Sentyabr 2025