• Bakı 12° C

    8.91 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Maska ​​rejimi yenidən qayıtdı

DÜNYA

20 Dekabr 2023 | 17:00

Maska ​​rejimi yenidən qayıtdı

Bu gündən etibarən Rusiyanın Sankt-Peterburq şəhərində kütləvi tədbirlərin keçirilməsi zamanı maska rejimi tətbiq ediləcək.

Bakıvaxtı.az “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə şəhərin baş dövlət sanitariya həkimi Nataliya Başketova qərar imzalayıb. 

Bildirilir ki, kütləvi bayram şənliklərinin, idman və mədəni tədbirlərin təşkilatçıları müəssisə və şirkətlərin işçilərinin maskadan istifadəsini təmin etməlidirlər. 

Məlumata görə, maska rejimi növbəti göstərişə qədər qüvvədə olacaq.

Qeyd edək ki, son günlər Rusiyada qrip və kəskin respirator virus infeksiyalarına yoluxma halları artıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026