2023-cü ilin nəticələrinə görə, Çin ilk dəfə xaricə avtomobil satışında birinci yerdə dayanır.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının sənaye və informasiya texnologiyaları nazirinin müavini Sin Qobi bildirib.
İl ərzində avtomobil satışları 12% artaraq 30,094 milyon ədədə çatıb.
Eyni zamanda, 2023-cü ilin yanvar-dekabr aylarında tam yığılmış avtomobillərin ixracı 57,9% artaraq 4,91 milyona yüksəlib. Ümumi satışların daha 1,203 milyonu yeni enerji mənbələri ilə işləyən nəqliyyat vasitələrinin payına düşüb.
Günəş Mərd
















