İranın Məşhəd şəhərində ziyarətgah yaxınlığında 6 mərtəbəli “Bastan” hoteli yanır.
Bakıvaxtı.az xəbər verir ki, yanğın başlayan kimi vətəndaşların hoteldən təxliyə olunduğu bildirilir.
Hazırda hadisə yerinə 25 yanğınsöndürmə maşını cəlb edilib.
İlkin məlumatlara görə, indiyədək yanğın nəticəsində xəsarət alan olmayıb.
















