• Bakı 24° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8828

    RUB - 0.0188

Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı

DÜNYA

20 Noyabr 2023 | 18:35

Finlandiya səfiri Rusiya XİN-ə çağırıldı

Finlandiyanın Rusiyadakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Nazirliyin mətbuat xidməti məlumat yayıb.

Səfirə çağıraraq Rusiya ilə sərhəddə sərhəd-keçid məntəqələrinin bağlanmasına etiraz edib.

Nazirliyin məlumatında deyilir ki, səfir Antti Helanteraya Finlandiya-Rusiya sərhədində 4 keçid məntəqəsinin bağlanması ilə əlaqədar etiraz bildirilib və Helsinkinin bu addımı birmənalı şəkildə təxribat xarakterli adlandırılıb.

Həmçinin əlavə olunub ki, Finlandiyanın bu cür addımlar atması hər iki ölkədə on minlərlə vətəndaşının hüquq və maraqlarını pozur. Finlandiya hakimiyyəti Rusiya tərəfi ilə məsləhətləşmədən tələsik qərar qəbul edib.

Xatırladaq ki, bir müddət əvvəl qanunsuz miqrant axınının qarşısını almaq səbəbindən Rusiya ilə sərhəddə 4 keçid məntəqəsinin bağlanması qərarı ilə çıxış edən Finlandiya hökuməti bütün məntəqələrin bağlana biləcəyini istisna etməmişdi.

Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilə bilər.


SON XƏBƏRLƏR