• Bakı 22° C

    7.08 m/s

Belarus-Aİ sərhədində 2 minə yaxın yük maşını tıxacda gözləyir

DÜNYA

21 Oktyabr 2023 | 18:16

Belarus-Aİ sərhədində 2 minə yaxın yük maşını tıxacda gözləyir

2 minə yaxın ağır yük avtomobili Belarusdan Avropa İttifaqına (Aİ) daxil olmaq üçün sərhəddə gözləyir.

Bakıvaxtı.az Belarus KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Dövlət Sərhəd Komitəsinin (DSK) məlumatında deyilir.

DSK-nın məlumatına görə, ən çətin vəziyyət Litva istiqamətindədir: “Kotlovka”da 110, “Kamennıy Loq”da 700, “Benyakoni”də 630, “Privalka”da 200 nəqliyyat vasitəsi tıxac yaradıb.

Latviya istiqamətində bir keçid məntəqəsi var və “Qriqorovşina”da yola düşmək üçün 230 yük maşını yığılıb.

Belarus-Polşa sərhədində yalnız “Kozloviçi”də sıra var - 40 avtomobil sərhəddən buraxılmağı gözləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Oktyabr 2026