• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

İran yeni PUA-nı təqdim etdi

DÜNYA

22 Avqust 2023 | 17:43

İran yeni PUA-nı təqdim etdi

İranda yeni pilotsuz uçuş aparatı (PUA) təqdim edilib.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,  “Mohacer 10” adlı PUA -nın təqdimatında İran prezidenti İbrahim Rəisi də iştirak edib. Yeni PUA 24 saat havada qalma qabiliyyətinə malikdir, 7 min metr hündürlükdə və 2 min kilometr məsafədə fəaliyyət göstərə bilir.

PUA 450 litr yanacaq tutumuna malikdir.

Bildirilib ki, 300 kiloqram yükdaşıma qabiliyyətinə malik olan yeni PUA hər cür hərbi sursat və partlayıcı daşıya bilir, elektron döyüş və kəşfiyyat imkanları ilə təchiz edilib.

Qeyd edək ki, İranın PUA istehsalı Ukraynadakı müharibədə istifadə edildiyinə dair iddialara görə sanksiyaya məruz qalıb. Avropa İttifaqının “məhdudlaşdırıcı tədbir” çərçivəsində İrana qarşı tətbiq etdiyi sanksiyalar İranın PUA istehsalında ehtiyac duyduğu hər cür hissə və materialların Aİ ölkələrindən ixracını qadağan edir. ABŞ administrasiyası da eyni səbəbdən İran istehsalı olan İHA-ların tədarükçülərinə qarşı sanksiyalar tətbiq edir.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026