• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Covid-19-dan sonra Şimali Koreyadan ilk beynəlxalq uçuş

DÜNYA

22 Avqust 2023 | 17:13

Covid-19-dan sonra Şimali Koreyadan ilk beynəlxalq uçuş

Şimali Koreyada Covid-19 epidemiyasından sonra Çinə ilk beynəlxalq uçuş olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu gün Sunan Beynəlxalq Hava Limanından Koryo Hava Yollarına məxsus təyyarə Pekinə uçub.

Təyyarədəki sərnişinlərin kim olduğu və təyyarənin neçə sərnişin daşıdığı məlum olmasa da, Koryo Tur turizm agentliyinin verdiyi açıqlamada Şimali Koreya vətəndaşlarının Çinə getməsi üçün Pxenyan-Pekin marşrutunun yenidən açıldığı bildirilib.

Pekin hava limanında əllərində Şimali Koreya bayrağı olan çoxlu sərnişinin olduğu qeyd edilib.

Çin Xarici İşlər Nazirliyinin verdiyi açıqlamada, Covid-19 epidemiyası səbəbiylə sərhədlərin bağlanmasından sonra dayandırılan Pekin uçuşlarının 3,5 ildən sonra bərpa edildiyi açıqlanıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026