• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

İnsanlar ət yeməyindən niyə uzaqlaşıb?

DÜNYA

21 Sentyabr 2023 | 14:51

İnsanlar ət yeməyindən niyə uzaqlaşıb?

Almaniyada ət yeməyənlərin (veganların) sayı artır.

Bakıvaxtı.az xəbər verir ki, Forsa İnstitutu Almaniya Federal Qida Ticarət Assosiasiyası adından 1000-ə yaxın insan arasında sorğu keçirib. Son məlumatlara görə, almanların 12 faizi ətdən uzaqlaşıb.

Araşdırmaya əsasən, almanların 3faizi vegan pəhrizinə riayət edir. 41 faiz çevik olduqlarını və buna görə də arabir ət yediklərini söyləyiblər. Əhalinin 47 faizi isə bu pəhrizlərin heç birinə əməl etməyib.

30 yaşdan aşağı insanların yüzdə 15-i özlərini vegetarian elan ediblər. Yaşı 60 və yuxarı olan respondentlər arasında bu göstərici cəmi 6 faiz təşkil edib.

Qeyd edək ki, araşdırmada cins fərqləri də müşahidə edilib və vegetarian qadınların nisbəti kişilərdən iki dəfə çox yəni, yüzdə on ikidir.

Sorğuda iştirak edənlərin təxminən yarısı (52 faiz) ətdən çəkinmələrinin səbəbi kimi heyvanların rifahını göstərib. Yüzdə 62-si iqlimə görə ətdən uzaqlaşır, yüzdə 51-i isə öz sağlamlıqlarına görə ət yeməsiyini açıqlayıb.

Xəyalə Rza


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026