• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabiq nazir saxlanıldı

DÜNYA

21 Oktyabr 2023 | 13:18

Sabiq nazir saxlanıldı

Qazaxıstanın keçmiş ədliyyə naziri vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb.

Bakıvaxtı.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Antikorrupsiya Xidmətinin məlumatında deyilir.

“Antikorrupsiya Xidməti dövlət başçısının qanunsuz dövriyyədən çıxarılmış əmlakın axtarışı və qaytarılması ilə bağlı verdiyi tapşırıqların icrası məqsədilə sabiq ədliyyə nazirini vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilirək saxlayıb”, - məlumatda deyilir.

Qurumun məlumatına görə, eks-nazir hər il bilərəkdən lazımsız xidmətlər göstərilməsi üçün özünə bağlı olan şirkətlə müqavilələr bağlayıb.

Antikorrupsiya Xidmətindən bildirilib ki, aktivlərin qaytarılması üzrə işlər davam etdirilir. Vurğulanıb ki, 2022-ci ildən bəri qeyri-qanuni yolla əldə edilmiş 856 milyard təngəlik aktivin Qazaxıstana qaytarılmasına nail olunub. Qurum 2023-cü ilin sonuna qədər daha 180 milyard təngəni dövlər büdcəsinə qaytarmağı planlaşdırır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR