Fransa imperatoru Napoleon Bonapartın papağı hərraca çıxarılıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, satış Fransada baş tutub. Hərracda papaq rekord qiymətə - 1,9 milyon avroya (təxminən 3,5 milyon manat) satılıb. Satış “Osenat” hərrac evi tərəfindən təşkil olunub.
Ekspertlər lotun qiymətini 600-800 min avro qiymətləndirsələr də bu, Bonaparta aid bütün əşyaların satışında rekord qiymətə alıcı tapan eksponat olub.
Ziyafət Əlisoy
















