• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

DÜNYA

15 May 2022 | 19:55

Ukrayna qoşunları Xarkov vilayətində dövlət sərhədinə yaxınlaşıb

“Ukraynanın silahlı qüvvələri artıq Xarkov vilayətinin şimal-şərqindəki sərhədə yaxın ərazidə yerləşir. Yaxın günlərdə müdafiəçilərimiz ölkə sərhədinə çatmağa çalışacaqlar”.

Bakıvaxtı.az “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəhbərinin müşaviri Vadim Denisenko bildirb.

“Əgər söhbət Xarkov vilayətinin şimal-şərqindən gedirsə, orada Ukrayna qoşunları həqiqətən də orada əks-hücuma keçiblər, biz artıq sərhədə yaxınıq və ümid edirəm, hər şey yaxşı olsa, yaxın günlərdə Ukrayna sərhədinə çatmağa çalışacağıq”, - Denisenko deyib.

Eyni zamanda, onun sözlərinə görə, işğalçılar tərəfindən üç körpünün dağıdılması Ukraynanın regionda əks-hücumunu müəyyən qədər ləngidə bilər.

"Əgər regionun cənubundan, İzyum istiqamətindən danışırıqsa, onda onlar (işğalçılar - red.) orada cəmləşirlər, Slavyanska və Kramatorska növbəti zərbə vurmağı düşünürlər", - DİN rəsmisi əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026