• Bakı 15° C

    2.82 m/s

  • USD - 1.7

    EUR - 1.8907

    RUB - 2.1118

Avropa İttifaqı meymunçiçəyi vaksini alacaq

DÜNYA

14 Iyun 2022 | 17:05 | Müəllif: Qalib İbrahimoğlu

Avropa İttifaqı meymunçiçəyi vaksini alacaq

Avropa İttifaqı (Aİ) Komissiyası meymunçiçəyi virusuna qarşı 110 min doza peyvənd tədarükünə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqı Komissiyasının sağlamlıqdan məsul üzvü Stella Kyriakides Aİ ölkələrinin səhiyyə nazirləri ilə keçiriləcək görüşdən əvvəl bildirib. Onun sözlərinə görə, bununla bağlı Aİ ilə Danimarkanın Bavarian Nordic biotexnoloji şirkəti arasında müqavilə imzalanacaq.

Kyriakides bildirib ki, peyvəndlərə ən çox ehtiyacı olan ölkələrə ilk dozanın iyun ayının sonunda çatdırılmasına başlanılacaq.

Bavarian Nordic şirkətindən verilən açıqlamada isə çatdırılmanın dərhal başlanılacağı və yaxın aylarda tamamlanacağı bildirilib.

Aİ Komissiyasının məlumatına görə, 19 üzv ölkədən, həmçinin Aİ üzvü olmasa da peyvəndlərin veriləcəyi Norveç və İslandiyada 900-ə yaxın meymunçiçəyinə qoluxma qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamasında bildirilir ki, bütün dünyada, əsasən də xəstəliyin endemik olmadığı Qərbi Avropa ölkələrində təxminən 1300 meymunçiçəyi xəstəliyi aşkar edilib. Xəstəliyin yayılmasından bəri Almaniya, İspaniya və Danimarka kimi bir çox Avropa ölkəsi peyvənd almaq planlarını açıqlayıb.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Oktyabr 2026