• Bakı 10° C

    15.36 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Ukrayna Rusiya aktivlərindən 752 milyon funt sterlinq alacaq

DÜNYA

15 Aprel 2025 | 10:57

Ukrayna Rusiya aktivlərindən 752 milyon funt sterlinq alacaq

Böyük Britaniya Ukraynaya Rusiya aktivlərindən əldə edilən gəlir hesabına 752 milyon funt sterlinq verəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Onun sözlərinə görə, Britaniya tərəfi ədalətli və dayanıqlı sülhün təmin edilməsi üçün Ukraynaya dəstək verməyə hazırdır.

"Rusiya aktivlərindən əldə edilən gəlir hesabına ödəniləcək 752 milyon funt sterlinq məbləğində son maliyyələşdirmə Ukraynanın müdafiəsini gücləndirəcək. Bu, Rusiyaya göstərəcək ki, o, bizim kollektiv qətiyyətimizə qarşı dura bilməyəcək", - D.Lemmi qeyd edib.


SON XƏBƏRLƏR