• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Ukrayna Yaponiyadan 235 milyon dollar güzəştli maliyyə alıb

DÜNYA

28 Noyabr 2024 | 14:39

Ukrayna Yaponiyadan 235 milyon dollar güzəştli maliyyə alıb

Yaponiya Dünya Bankının layihələri vasitəsilə Ukrayna büdcəsinə 235 milyon dollar güzəştli maliyyə köçürüb.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ukrayna hökumətinin saytında məlumat verilib.

Ukrayna hökuməti qeyd edib ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcə maddələrini ödəyə bilər, qalan hər şey müttəfiqlərinin köməyi ilə maliyyələşir. Yaponiyadan alınan pul sahibkarlığın və təhsilin dəstəklənməsi sahələrində mülki layihələrin həyata keçirilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Ukrayna 2022-ci ilin fevral ayından Dünya Bankı vasitəsilə sosial və humanitar xərclər üçün 40 milyard dollardan çox vəsait alıb. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025