• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Ukraynada qadınlar könüllü hərbi qeydiyyata alınacaq 

DÜNYA

22 Oktyabr 2022 | 01:05 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada qadınlar könüllü hərbi qeydiyyata alınacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qadınların hərbi qeydiyyata alınmasının könüllü proseduru haqqında qanun imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ali Radanın saytında 6482 nömrəli “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanun layihəsinin kartında yer alan qeyd sübut edir. Qanun layihəsi cümə günü, oktyabrın 21-də Ukrayna Prezidenti tərəfindən imzalanıb.

Xatırladaq ki, oktyabrın 7-də Ali Rada qadınların hərbi qeydiyyata alınmasının könüllü proseduru haqqında qanun layihəsini ikinci oxunuşda və ümumilikdə qəbul edib (oxu.az).

Bildirilir ki, Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda müəyyən edilmiş müvafiq hərbi ixtisasa və ya peşəyə malik olan qadınlar öz xahişi ilə hərbi qeydiyyata götürülür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026