• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Ərdoğan dünya çempionatının açılışında iştirak edib - YENİLƏNİB

DÜNYA

20 Noyabr 2022 | 22:24 | Müəllif: Subhan Mahmudov

Ərdoğan dünya çempionatının açılışında iştirak edib - YENİLƏNİB

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərin “Əl-Beyt” stadionunda keçirilən futbol üzrə Dünya Çempionatının açılış mərasimində iştirak edib.

Bakıvaxtı.az xəbər verir ki, dövlət başçısı Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani, həmçinin digər dövlət və hökumət başçıları ilə birlikdə tədbiri izləyib.

Açılış mərasimindən sonra Qətər – Ekvador matçını izləyən Ərdoğan Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşlə bir müddət danışıb.

Açılış mərasimindən əvvəl verilən ziyafətdə Ərdoğanın söhbətləşdiyi liderlər arasında Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman da olub.

***11:46

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Qətərdə futbol üzrə dünya çempionatının açılış mərasimində iştirak edəcək.

Bakıvaxtı.az  “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Qətər əmiri Şeyx Temim bin Hamed Əl Saninin dəvəti ilə liderlərə veriləcək ziyafətə və dünya çempionatının açılış mərasiminə qatılacaq.
Rəcəb Tayyib Ərdoğan Qətər-Ekvador oyununu izləyəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026