Ukraynada qalan Türkiyəyə məxsus 2 ədəd A400M təyyarəsi 10 aydan sonra geri qaytarılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə vətəndaşlarını təxliyə etmək məqsədi ilə Ukraynaya gedən təyyarələr hava məkanının qapadılması səbəbindən Borispol aeroportunda qalmışdı.
Qeyd edək ki, təyyarələr fevralın 23-dən bəri Ukraynadadır.
















